• Xoşru: Beynəlxalq ictimaiyyət ABŞ-ın unilateralizmi qarşısında dayanmalıdır

İranın BMT-dəki daimi nümayəndəsi Amerikanın birtərəfli siyasətləri və qeyri-qanuni hərəkətlərinin qanun alililiyinə, BMT nizamnaməsinin prinsiplərinə və multilateralizmə qarşı olduğunu bildirərək beynəlxalq ictimaiyyəti Amerikanın unilateralizmi qarşısında dayanmağa çağırıb.

Qulaməli Xoşru BMT Təhlükəsizlik Şurasının sülh və beynəlxalq təhülkəsizlik mövzusunda keçirdiyi iclasında Amerikanın təkəbbürlü siyasətləri və birtərəfli hərəkətlərinin beynəlxalq əməkdaşlıq təməlləri və multilateralizm prinsiplərini təhlükə ilə üzləşdirdiyini bildirərək Amerikanın belə bir siyasətinin nəticəsinin, Vaşinqtonun İnsan Haqları Şurasından, UNESCO-dan, Paris müqaviləsindən və Əhatəli Müştərək Təşəbbüs Proqramından(ƏMTP) çıxması olduğunu deyib. 

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın ƏMTP-dən çıxması və İrana qarşı sanksiyaları bərpa etməsinin BMT TŞ-nin 2231 saylı qətnaməsinə zidd olduğunu bildirərək deyib: BMT tarixində ilk dəfər olaraq Amerika bu şuranın daimi və veto haqqına malik bir üzvü kimi digər xalqları, TŞ-nin qətnaməsinə riayət etdiyinə görə cəzalandırır. 

Xoşru deyib: Bu BMT nizamnaməsinə və beynəlxalq əlaqələrə ciddi təhdiddir və beynəlxal səviyyədə təcili və ciddi reaksiya tələb edir. 

İranın BMT-dəki daimi nümayəndəsi həmçinin Amerikanın Beynəlxalq Ədliyyə Məhkəməsinin son hökmünün icrasından boyun qaçırmasına toxunaraq Amerikanın sanksiyalarının beynəlxalq ictimaiyyət tərəfindən sadəcə sözdə deyil əməldə də rədd edilməsini istəyib. 

Xoşru deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 12 hesabatına əsasən İran öz öhdəliklərinin hamısını yerinə yetirib və gələcəkdə də əldə etdiyi mənafeyə uyğun şəkildə öhdəliklərini yerinə yetirəcəkdir. 

TŞ-nin iclasında bir çox dövlətlər multilateralizmin gücləndirilməsinin vacibliyini vurğulayıblar və birmənalı şəkildə Amerikanın ƏMTP-yə qarşı unilateralist siyasətini tənqid ediblər. 

Teqlər

Nov 10, 2018 17:24 Asia/Baku
Şərhlər