Dek 15, 2025 11:10 Asia/Baku
  • Ben-Qurion Heydər Əliyevin dırnağı belə ola bilməz

Sionist ravvinin Heydər Əliyevi hədəfə alan ideoloji təxribatı sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi müzakirələrə səbəb olub.

Səhər Beynəlxalq Televiziya Kanalının sosial şəbəkələrdə amerikalı məşhur ravvinin Heydər Əliyevi təhqir etməsi barədə paylaşdığı məqalə azərbaycanlı istifadəçiləri hiddətləndirib. Belə ki, paylaşılan məqalənin şərh bölməsi qısa müddətdə qəzəb və sərt ittihamlarla dolub, istifadəçilər bu yanaşmanı tarixə, dövlətçiliyə və milli kimliyə qarşı hörmətsizlik adlandırıblar. Ən sərt reaksiyalardan biri birbaşa təhqir dili ilə səslənib: “Ben-Qurion Heydər Əliyevin dırnağı belə ola bilməz, alçaq və mənfur.”

İstifadəçilərin əsas hədəfi Ravvin Samuelin yanaşması olub. Şərh müəllifləri bildiriblər ki, bu yanaşma tarixi fiqurları qəsdən ucuz müqayisələrə çəkərək regionun reallıqlarını təhrif edir:

Şərhlərin birində yazılıb: “Ravvin Samuel tarixi şəxsiyyətləri səthi analogiyalarla siyasiləşdirir. Heydər Əliyevin irsi kənar ideoloji çərçivələrə salına bilməz. Bu, açıq təxribatdır”.

Başqa bir sərt şərhdə isə bu yanaşmanın obyektivlikdən uzaq olduğu və məqsədli şəkildə çaşdırma yaratdığı vurğulanıb: “Bu cür analogiyalar nə obyektivdir, nə də regionu anlamağa xidmət edir. Bu, sırf ideoloji manipulyasiyadır.”

Başqa bir istifadəçi yazıb: “Sionistlər iddia edirlər ki, Azərbaycan yəhudi torpağıdır. Cəmiyyətimiz bu yalanlara qarşı ayılmalıdır”.

Şərhlərin ümumi tonu göstərir ki, sosial şəbəkə istifadəçiləri Heydər Əliyevin adının ideoloji oyunlara və siyasi təxribatlara alət edilməsini qəti şəkildə rədd edirlər. İstifadəçilər bu cür yanaşmaları milli yaddaşa hücum və tarixi təhqir kimi qiymətləndirirlər.

Xatırladaq ki, amerikalı ravvin noyabr ayı Sionist Ravvinlər Koalisiyası çərçivəsində Azərbaycan Respublikasına səfərinin təəssüratını mediada yayarkən mərhum prezident Heydər Əliyevi təhqir edib. Samuel Kohon Azərbaycanın ümummilli liderini işğalçı rejimin qatil qurucusu “Ben-Qurion”a bənzədib.