Dec 14, 2015 19:49 Asia/Baku
  • İran və BMT-nin Narkotik Maddələrlə Mübarizə Ofisi arasında əməkdaşlıq sənədi imzalanıb
    İran və BMT-nin Narkotik Maddələrlə Mübarizə Ofisi arasında əməkdaşlıq sənədi imzalanıb

İran İslam Respublikası və BMT-nin Cinayət və Narkotik Maddələrlə Mübarizə Ofisi narkotik maddələrlə mübarizə istiqamətində 5 il müddətinə İran üçün 20 milyon dollarlıq büdcənin təmin olunması üzrə əməkdaşlıq sənədi imzalayıblar.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın daxili işlər naziri Əbdurrza Rəhmani Fəzli Vyanada BMT qərargahında bu təşkilatın Cinayət və Narkotik Maddələrlə Mübarizə Ofisi arasında əməkdaşlıq sənədi imzalandıqdan sonra jurnalistlərə deyib: Bu, İranın BMT-nin Cinayət və Narkotik Maddələrlə Mübarizə Ofisi ilə imzaladığı 4-cü sənəddir.

3 öncəki sənəddə İran İslam Respublikası və BMT-nin Cinayət və Narkotik Maddələrlə Mübarizə Ofisi çox az xərcləri nəzərə alaraq narkotik maddələrlə mübarizə üçün lazım olan vəsaiti təmin edə bilməyiblər.

İranın daxili işlər naziri bildirib: İranda qarşısının alınması və müalicə, eləcə də uyuşdurucu maddələrlə mübarizə yolunda İranda çoxlu vəsaitlər xərclənib. Halbuki BMT tərəfindən maliyyə təminatı onun qarşısında çox azdır.

İran İslam Respublikasının daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli Əfqanıstanın qonşu ölkələrinin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən Narkotik Maddələrlə Mübarizə iclasında iştirak etmək üçün Avstriya paytaxtı Vyanaya səfər edib.

Teqlər

Şərhlər