Feb 22, 2017 10:41 Asia/Baku
  • Sionist medialar Fələstin konfransının yüksək səviyyəsini etiraf ediblər
    Sionist medialar Fələstin konfransının yüksək səviyyəsini etiraf ediblər

Tehranda keçirilən 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransını izləyən sionist medialar etiraf ediblər ki, bu konfrans öncəki konfranslarla müqayisədə olduqca yüksək səviyyədə keçirilib.

Əlməyadin telekanalı sionist medialara istinadən xəbər veribdir ki, dünən Tehranda işə başlamış intifazəyə dəstək konfransı misiliz olub, zira onda səksən heyət yüksək səviyyədə iştirak edib. Xüsusən fələstinli hərəkatlar olan İslami Cihad və Həmas hərəkatlarının baş rəsmilərindən ibarət iki heyət bu konfransa qatılıbdır.

Sionist rejim mediaları İslam İnqilabının Böyük Rəhbərinin bu konfransda sionist rejimin kökünün kəsilməsinə təkid etdiklərini qeyd edərək, bildiriblər: Şubhəsiz, 6-cı Fələstin İntifazəsinə Dəstək Beynəlxalq Konfransının təsiri öncəki konfranslardan daha yuxarı olacaq.

"Fələstin muxtariyyəti İranın Fələstindəki təsirinin artmasından nigarandır" iddiası ilə çıxış edən sionist Haarets qəzeti Fələstin muxtariyyətinin başçılarından birinə istinadən yazıb ki, İran fələstinlilərə yardımların göstərilməsində əlindən gələni əsirgəmir.

Sionist mediaların bildirdiklərinə görə, Həzrət Ayətullahuluzma Xamenei öz çıxışlarında buyurublar ki, üçüncü intifazə qəsbkar rejimi digər bir məğlubiyyyətə düçar edəcək və tezliklə bu natəmiz rejim tarixdən silinəcəkdir.

Bu medialar əlavə ediblər ki, İslam İnqilabının Böyük Rəhbəri fələstinlilərin birliyi vacibliyini vurğulayıb və Fələstin müqaviməti hərəkatlarının himayə olunmasını vacib sayıblar.

 

Teqlər

Şərhlər