Jul 27, 2017 11:55 Asia/Baku
  • Vilayəti: İranın bütün dövrləri səfəvilər irsinə malik olub
    Vilayəti: İranın bütün dövrləri səfəvilər irsinə malik olub

İran Mədəniyyət İnqilabı Ali Şurasının Mədəniyyət və Sivilizasiya Komitəsinin sədri deyib: İranın tarixi və sivilizasiya sahələri dünyada misilsizdir və İranın bütün dövrləri səfəvilər irsinə malik olubdur.

IRNA-nın məlumatına görə, Əli Əkbər Vilayəti çərşənbə günü Ərdəbil şəhərində keçirilən "Səfəvilərin Əhli-Beyt(ə) məktəbinin gücləndirilməsində rolu və iranlı kimlik" adlı beynəlxalq konfransda belə əlavə edib: İran İslam Respublikası mədəni, ictimai, siyasi, tarixi və sivilizasiya sahələrində bir çox imkanlara malikdir ki, onun bariz nümunəsini böyük və iftixarlı keçmişə malik olan Ərdəbil şəhərində, xüsusən İslam və İran tarixi və sivilizasiyasında müşahidə etmək olar.

O, Səfəvilər hökumətinin təsis olunmasına işarə edərək, deyib: 905-ci hicri qəməri ilinin əvvəllərində İsmayıl Mirzə, yəni Şah İsmayıl Səfəvi onun əcdadlarının təriqətini davam etdirən və sufilər adı altında bütün Azərbaycanda, Aranda və Ermənistanda pərakəndə olmuş müridlərinin dəstəyilə Astara yolu ilə mühüm və qədim Ərdəbil şəhərinə daxil oldu və qızılbaşların onları müşayiət etmələrindən sonra bu şəhəri paytaxt kimi seçərək, rəsmən Səfəvilər hökumətini təsis etdi. 

İslami Azad Universitetin təsisçilər heyətinin sədri sonra Səfəvilərin Əhli-Beyt(ə) məktəbinin davam etməsi, İslam və İran mədəniyyəti və sivilizasiyasının yüksəlişi və dərinləşməsindəki mühüm yeri və dəyərli xidmətlərinə işarə edib.

Qeyd edək ki, "Səfəvilərin Əhli-Beyt(ə) məktəbinin gücləndirilməsində rolu və iranlı kimlik" adlı beynəlxalq konfrans İrandan və qonşu ölkələrdən olan mütəfəkkirlər, eləcə də mədəni, siyasi, ictimai şəxsiyyətlər və incəsənət xadimlərinin və konfransın özəl natiqi Əli Əkbər Vilayətinin iştirakı ilə çərşənbə günü səhər İranın Ərdəbil şəhərində işə başlayıb.

 

Teqlər

Şərhlər