Yan 07, 2018 17:50 Asia/Baku
  • İrandakı son iğtişaşlar əleyhinə xalq yürüşləri davam edir
    İrandakı son iğtişaşlar əleyhinə xalq yürüşləri davam edir

İran xalqı iğtişaşçıların ölkənin müxtəlif məntəqələrindəki son hərəkətlərini qınamaq və İslam İnqilabının ideyalarına dəstək vermək məqsədi ilə bu gün də bəzi şəhərlərdə yürüşlər təşkil ediblər.

İRNA-nın məlumatına görə, 2 yanvar tarixindən başlayaraq, İranın bir çox şəhərləri xalq yürüşlərinin şahididir. Sabah da bəzi şəhərlərdə xalq yürüşlərinin keçirilməsi planlaşdırılır.

İranda müxtəlif siyasi və ictimai qruplar iğtişaşçılar, fitnə amilləri və onları dəstəkləyən xarici düşmənlərin İranda iğtişaş törətmək üzrə son cəhdlərini qınayırlar.