Avq 22, 2018 10:53 Asia/Baku
  • Ayətullah Xatəmi
    Ayətullah Xatəmi

Tehranda qurban bayramı namazının xitabətçisi deyib: Amerika yaxşı bilir ki, İranla ehtimal edilən müharibənin xərcləri sadəcə onun özünə deyil müttəfiqləri və sionist rejimə də şamil olacaq.

Ayətullah Əhməd Xatəmi bu gün səhər Tehranda qurban bayramı namazı xütbələrində Amerikanın İranla ehtimal edilən müharibəsinin xərcini dev adlandırıb və deyib: Mütləq müharibə olmayacaq və Amerika bilsin ki, İran xalqına kiçicik ziyan yetirərsə İran xalqı onu zəlil edəcək. 

Tehranın qurban namazının xitabətçisi son 40 ildə İran xalqının daima düşmənləri məyus etmiş olduğunu xatırladaraq deyib: Düşmənin hazırkı şəraitdə izlədiyi strategiya , müsəlmanlar arasında təfriqə salmaqdan ibarətdir və bu strategiyaya görə həqiqi müsəlmanlar mümkün ən ağır vəziyyətdə qətlə yetirilirlər. 

Ayətullah Xatəmi islam inqilabının böyük rəhbərinin Amerika ilə müzakirə etməmək barədəki sözlərinə toxunaraq deyib: Amerikanlar islam inqilabının başlanğıcından indiyədək iranlı rəsmilərlə müzakirə etmək istəyiblər amma daima bu tələbdə nakam qalıblar və onlar İranla müzakirə arzusunu gora aparacaqlar. 

Tehranda qurban bayramı namazının xitabətçisi ABŞ-ın heç də müzakirə ardınca olmadığını əslində müzakirədə diktatorluq niyyətində olduğunu bildirərək deyib: Amerika İranın raket və regional nüfüzünü müzakirə etmək niyyətindədir  amma düşmənlər bilməlidirlər ki, İran İslam Respublikası diktatura qarşısında dayanıb və dayanacaq. 

Teqlər

Şərhlər