Sep 29, 2018 14:34 Asia/Baku
  • İran İndoneziyanın xalqı və dövlətinin kədərinə şərik çıxıb

İran Xarici İşlər Nazirliyinin sözçüsü İndoneziyada zəlzələ və sunaminin baş verməsinin ardınca bu ölkənin xalqı və dövlətinin kədərinə şərik çıxıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi bu gün İndoneziyada zəlzələ və sunaminin baş verməsindən dərin şəkildə təəssüflənərək, İndoneziyanın xalqı və dövlətinin kədərinə şərik çıxıb.

Dünən Rixter şkalası ilə 7,5 bal gücündə yeraltı təkan və sunami İndoneziyanın Sulavesi adasında yerləşən Palu şəhərini titrədib. Nəticədə yüzlərlə nəfər ölüb, yaralanıb və ya evsiz-eşiksiz qalıbdır.

Teqlər

Şərhlər