Oct 19, 2018 12:43 Asia/Baku
  • İran qonşu ölkələrə 13 milyard dollar dəyərində məhsul ixrac edib
    İran qonşu ölkələrə 13 milyard dollar dəyərində məhsul ixrac edib

İran İslam Respublikası ötən 6 ayda qonşu ölkələrə 12 milyard 950 milyon dollar dəyərində məhsul ixrac edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 30 faiz artımamalik olub.

İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Gömrük Statistikası İdarəsinin verdiyi məlumata görə, İran quru sərhədlərinə malik olduğu Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə, İraq və Ermənistan kimi qonşu ölkələrə habelə, su sərhədlərinə malik olduğu Oman, Qətər, Küveyt, BƏƏ, Bəhreyn, Qazaxıstan, Rusiya və Türkmənistana məhsul ixrac edib. 

Bu məlumata görə, İranın ötən 6 ayda qonşu ölkələrə olan ixracatı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 25%, çəki baxımından isə 14% artıma malik olub. 

İxrac edilən məhsullar isə əsasən kənd təsərrüfatı məhsulları, ev ləvazimatları, neft-kimya məhsulları və şirniyyat olub. 

Ümumilikdə isə ötən 6 ayda İranın qeyri-neft məhsulları ixracatı 56 milyon 644 min tona çatıb. Ümumi dəyəri 23 milyard dollar olan bu məhsul ixracatı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% daha çoxdur. 

Teqlər

Şərhlər