İyun 24, 2019 14:13 Asia/Baku
  • Zərif: Amerikanın sanksiyaları narkotik maddələr sahəsində beynəlxalq həmkarlığa mane olub
    Zərif: Amerikanın sanksiyaları narkotik maddələr sahəsində beynəlxalq həmkarlığa mane olub

İranın xarici işlər naziri deyib: Amerikanın sanksiyalar tətbiq etməsi, birtərəfli hərəkətləri və İran xalqına qarşı iqtisadi terrorizm və savaş meydanına girməsi xüsusən narkotik maddələr sahəsində beynəlxalq həmkarlığa mane olubdur.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Tehranda narkotik maddələrlə beynəlxalq mübarizə günü münasibətilə keçirilən konfransda əlavə edib: Amerika və bəzi Qərb ölkələri narkotik maddələrlə mübarizədə xələlin yaranması və xoşagəlməz nəticələrdə birbaşa məsuliyyət daşıyırlar.

Zərif bildirib ki, İranın narkotik maddələrlə  mübarizə sahəsindəki iradəsi beynəlxalq həmkarlıqlara diqqət, təkvektorluluq və siyasiləşdirmədən çəkinmə vacibliyinə söykənir. O, deyib: İran bu gün BMT-nin təkidinə əsasən, narkotik maddələrlə mübarizənin bayraqdarıdır və İran İslam Respublikası nəzərəçarpacaq addımlar atmaq, saysız-hesabsız mənəvi və maddi xərclər çəkməklə narkomaddələrin olmadığı bir dünyaya çatmaq yolunda öncüldür.

İranın xarici işlər naziri bildirib ki, İran bu yolda 8800-dən çox şəhid və 12 mindən çox müharibə əlili təqdim edibdir. O, deyib: Bundan əlavə, əvəziçıxılmaz xərclər... İran hər il narkomaddələrə tələbatın azalması, təqdimi və qaçaqmalçılığı ilə mübarizə yolunda 300 milyon dollardan çox xərc çəkir.

Zərif deyib: Dünyada tiryəkin aşkar edilməsinin 80 faizə yaxını təklikdə İrana aiddir. Bu rəqəm ötən il 800 tondan çox olubdur. O, əlavə edib: İranın ənənəvi narkotik maddələr üzrə ən böyük istehsalçının qonşuluğunda yerləşmək üzrə coğrafi mövqeyi səbəb olubdur ki, İranın addımları regional və beynəlxalq təsirlərə malik olmuş olsun.

26 iyun, BMT təqvimində narkotik maddələrlə beynəlxalq mübarizə günü adlandırılıbdır.

 

 

Teqlər

Şərhlər