Jun 27, 2019 13:24 Asia/Baku
  • Amerika pilotsuzunun vurulması təcavüzkarlara möhkəm zərbə idi

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı deyib: Supermodern amerikan pilotsuzun Sepah tərəfindən vurulması təcavüzkarlara qarşı dəqiq, möhkəm və şücaətli bir cavabdır.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın dəniz qüvvələrinin komandanı admiral Əlireza Təngsiri İranın cənubunda yerləşən Hormozqan vilayətinin sünni əhlinin imamcümələri və imamcamaatları ilə görüşdə supermodern amerikan pilotsuzun Sepah tərəfindən vurulması barədə belə deyib: İranın silahlı qüvvələri dəniz, hava və quru məkanlarının qorunması sahəsində bir kəsə güzəşt etmirlər və hər cür təhdid və təcavüzü qətiyyətlə cavablandıracaqlar.

Admiral Təngsiri birlik və həmrəyliyi düşmənləri, xüsusən Amerikanı və onun əlaltılarını məyus etmək amili adlandırıb və qeyd edib ki, xalqın bütün təbəqələri qüdrətlə ölkənin müdafiəsində bir-birilərinin kənarındadırlar.

Hormozqan vilayətinin sünni əhlinin din xadimləri də bu yığıncaqda İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın təcavüzkar Amerika pilotsuzunu vurmasını, həmçinin Sepah-ın dəniz qüvvələrinin tral ovu üzrə balıqçılar və qaçaqmalçılıqla mübarizəsini yüksək qiymətləndiriblər

Teqlər

Şərhlər