Sep 08, 2019 07:41 Asia/Baku
  • Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Tehrana daxil olub
    Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Tehrana daxil olub

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin başçısı Kornel Feruta İran İslam Respublikasının rəsmiləri ilə görüşmək məqsədilə bu gün səhər tezdən Tehrana daxil olub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik bundan öncə bildirmişdi ki, Kornel Ferutanın Tehrana səfəri agentliklə İran arasındakı ardıcıl anlaşmaların bir hissəsidir.

Kornel Ferutanın Tehrana səfəri İran İslam Respublikasının nüvə anlaşması öhdəliklərinin azaldılması üzrə üçüncü addımının atılması ilə bir zamana təsadüf edir.

Almaniya, İngiltərə və Fransa/ ABŞ-ın 8 May 2018-ci il tarixində qanunsuz olaraq nüvə anlaşmasından çıxmasından sonra bu anlaşmanı davam etdirəcəklərinə söz verdilər. Bu ölkələr, ABŞ-ın hərəkətlərinə qarşı şifahi və siyasi mövqelərinə baxmayaraq, bu günə qədər həmin anlaşmanı qorumaq üçün verdikləri vədləri yerinə yetirməyə müvəffəq ola bilməyiblər.

İran İslam Respublikası ABŞ-ın birtərəfli şəkildə nüvə anlaşmasından çıxmasından düz bir il sonra, yəni 8 may 2019-cu ildə və Amerikanın nüvə anlaşmasından çıxmasının iqtisadi təsirlərinin əvəzini çıxmaq üçün Avropanın təklif etdiyi həll yollarının səmərəsizliyinin sübut olmasından sonra bildirdi ki, öz nüvə anlaşması öhdəliklərinin bir hissəsini bu anlaşmanın 26 və 36-cı bəndlərinə əsasən dayandırır.

İran indiyədək üç addımda öz nüvə anlaşması öhdəliklərini azaldıbdır.

İran nüvə anlaşması öhdəliklərinin azaldılmasına təkid edərək, bildiribdir ki, bu addımlar nüvə anlaşması şəriklərinin öz öhdəliklərinin icrası sahəsində lazımi addımlar atacaqları təqdirdə, sürətlə geri dönə bilər.

Nüvə anlaşmasının 26 və 36-cı bəndlərinə əsasən, qarşı tərəf öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, İran öz öhdəliklərini tamamilə və ya qismən dayandırmaq hüququna malikdir.

Şərhlər