Sep 11, 2019 08:54 Asia/Baku
  • İran İraqın xalqı və hökumətinə başsağlığı verib
    İran İraqın xalqı və hökumətinə başsağlığı verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə müqəddəs Kərbəlada onlarla zəvvarın şəhid olması münasibətilə İraqın xalqı və hökumətinə başsağlığı verib.

Seyyed Əbbas Mousəvi İran İslam Respublikasının bu hadisə qurbanlarının ailələrinin kədərinə şərik çıxdığını bildirib.

Hadisə şəhidləri üçün yüksək dərəcələr diləyən Mousəvi bədən xəsarəti alanların tez bir zamanda sağalmalarını arzu edib.

Çərşənbə axşamı günü müqəddəs Kərbəlada Hüseyn Aşurası mərasimi zamanı insanların izdihamı nəticəsində Hüseyn əzadarlarından azı otuz bir nəfər həyatını itirib, yüz nəfər də yarlanıbdır.

Dünən Aşura günündə müqəddəs Kərbəlada keçirilən mərasimdə dörd milyon nəfərdən çox zəvvar iştirak edibdir.

 

Şərhlər