Oct 08, 2019 15:06 Asia/Baku
  • Amerika və sionist rejim bəəsçiləri bərpa etmək istəyirlər
    Amerika və sionist rejim bəəsçiləri bərpa etmək istəyirlər

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi İraq olaylarına toxunaraq, deyib ki, sionsitlər və amerikalılar bəəsçilərin qalıqlarını yeniləmək və bərpa etmək istəyirlər.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi Hoseyn Əmirəbdollahiyan dünən gecə İranın ikinci telekanalının “Xüsusi xəbər dialoqu” proqramında İraqdakı son çaxnaşmalar barədə əlavə edib: Bu gün sionistlər və amerikalılar İraqı səbatsızlaşdırmaq və təhlükəli etmək, həmçinin nəzərdə tutduqları hökuməti hakimiyyətə gətirmək üçün ictimai, mədəni və virtual mühit, eləcə də kompüter proqramı sahələrində səy göstərirlər.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: Amerikanın və sionist rejimin fitnələri İraqda xəsarətlər törətmiş İŞİD istisna olmaqla, hər dəfə İraq xalqının səsi ilə alt-üst olub və onların bu ölkədəki siyasətləri uğursuz qalıbdır.

Bəzi İraq vilayətləri, o cümlədən Bağdad son günlər dövlət xidmətlərinin qeyri-münasib vəziyyətinə, iş imkanlarının olmamasına və korrupsiyaya qarşı etiraz nümayişlərinin şahidi olublar.

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya gətirib çıxarmış bu aksiyalarla bir vaxtda İraq hökuməti Adil Əbdulməhdinin başçılığı altında ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm qərarlar, o cümlədən yoxsul və azgəlirli ailələrə mənzilin verilməsi, korrupsiya ilə mübarizə və gənclər üçün iş yerlərinin yaradılması barədə qərarlar çıxarıbdır.

İraqın baş naziri həmçinin ölkədə islahatların aparılması istiqamətində lazımi şəraitin yaradılması üçün siyasi partiyaları hökumətlə həmkarlığa çağırıbdır.

 

Teqlər

Şərhlər