Oct 14, 2019 14:21 Asia/Baku
  • Şəmxani: Qərbi Asiya Amerikasız daha təhlükəsiz bir məkandır
    Şəmxani: Qərbi Asiya Amerikasız daha təhlükəsiz bir məkandır

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Amerika rəsmilərinin bu ölkənin Qərbi Asiya bölgəsindəki hərbi iştirakının ağılsızlıq olmasına dair etiraflarına işarə edərək, vurğulayıb ki, Qərbi Asiya Amerikasız daha təhlükəsiz bir məkandır.

Amerika prezidenti Donald Tramp ötən çərşənbə günü öz şəxsi tvitter səhifəsində yazıb: Amerikanın yüksək vəzifəli rəsmilərinin ötən iki ay ərzindəki birbaşa açıqlamaları və Amerikanın Qərbi Asiya bölgəsindəki hərbi iştiraklarının ağılsızlıq olmasına dair etirafları belə bir həqiqətdən xəbər verir ki, bundan öncə bu ölkədəki hakimiyyət sistemi onu qəbul və ifadə etmək şücaətinə malik olmayıbdır.

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi sonra belə qeyd edib: Amerikanın hakim dairələri tərəfindən acı, amma ibrətamiz etirafların bəyanı səbəb olubdur ki, Qərbi Asiya bölgəsindən olan bir çoxları, hətta illər boyu Amerikanın bölgədə iştirakına zəmin yaradanlar və onu qəbul edənlər belə bir gerçəkliyi etiraf etmiş olsunlar ki, Qərbi Asiya Amerikasız daha təhlükəsiz bir məkandır.

Şərhlər