Yan 17, 2020 15:53 Asia/Baku
  • Sepah-ın raket cavabı və general Soleymani ilə milyonluq vida mərasimi ilahi günlərdəndir
    Sepah-ın raket cavabı və general Soleymani ilə milyonluq vida mərasimi ilahi günlərdəndir

Tehranın bugünkü cümə namazı mərasimi İslam İnqilabının Böyük Rəhbərinin imaməti və İranın gözüaçıq və inqilabçı xalqının şövqlü iştirakı ilə İmam Xomeyni(r.ə.) adına müsəllada keçirilib.

Həzrət Ayətullahuluzma Xamenei buyurublar: Qüds korpusu komandanının qanına hörmət əlaməti olaraq, on milyonlarla nəfərin İranda, yüz minlərlə nəfərin də bəzi ölkələrdə küçələrə çıxaraq, dünyanın ən böyük “son mənzilə yolasalma” mərasimini formalaşdırdığı gün, ilahi günlərdəndir.

Həzrət Ayətullahuluzma Xamenei buyurublar: İslam İnqilabı Keşikçiləri Korpusu raketlərinin Amerika bazasını darmadağın etdiyi gün də ilahi günlərdəndir. Bunlar tarixin dönüş nöqtəsi olan günlərdirlər. Tarix yaradan günlərdirlər. Bu hadisələrdə Allah-Taalanın əlinin qüdrətini görə bilməyən və maddi analiz edən kəslər geridə qalacaqlar.

İslam İnqilabının Böyük Rəhbəri sərnişin təyyarəsinin qəzaya uğraması kimi kədərli hadisəyə işarə edərək, vurğulayıblar: Bizim təyyarənin qəzaya uğraması hadisəsindən qüssələndiyimiz qədər, düşmənimiz sevindi. Onlar elə təsəvvür edirdilər ki, bir vasitə tapıblar və onunla Sepah-ı və İslam Respublikası quruluşunu şübhə altına ala bilərlər, amma yanıldılar. Onlar məkr etdilər, amma bilmədilər ki, onların məkrləri Allah-Taalanın qüdrətli əli qarşısında təsirsizdir.

 

 

 

Şərhlər