Mart 24, 2020 20:28 Asia/Baku
  • Sabah bütün İranda bioloji müdafiə manevri keçiriləcək

Sepah-ın quru qoşunlarının komandanı deyib ki, sabah bütün İranda bioloji müdafiə manevri və sağlamlıq müdafiəsi şəhidlərinin mühit təmizlənməsi əməliyyatı başlanacaq.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı briqada general pasdar Mohəmməd Pakpour bir mətbuat konfransında əlavə edib: Bu manevrdə bütün səyyar və sabit xəstəxanaların imkanlarından istifadə ediləcək. Ölkə boyu üç min, Tehranda isə yüz nöqtədə təmizləmə əməliyyatı aparılacaq.

General Pakpour söyləyib: Bu manevrdə müəyyən edilmiş mərkəzlərin təmizlənməsi və dezinfeksiya edilməsi üçün Sepah-ın quru qoşunlarının yüzdən çox bölməsi və on qərargahının imkanlarından istifadə olunacaq və koronavirusun kökünün kəsilməsi prosesi davam edəcək.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın quru qoşunlarının komandanı sonra belə qeyd edib: Dispanserizasiya sahəsində məhəllələrdə, şəhər və kəndlərin girəcəklərində Sepah-ın Bəsic qüvvələrindəki on minlərlə cihad qrupunun imkanlarından istifadə olunacaq.

SABAH İRANDA BİOLOJİ MÜDAFİƏ MANEVRİ KEÇİRİLƏCƏK

Teqlər

Şərhlər