Apr 03, 2020 19:51 Asia/Baku
  • Parlamentlərarası Birliyin sədri İİR İŞM sədrinə müraciət göndərib
    Parlamentlərarası Birliyin sədri İİR İŞM sədrinə müraciət göndərib

Parlamentlərarası Birliyin sədri İran İslam Şurası Məclisi sədrinin koronavirusa yoluxmasının ardınca bir müraciətdə ona şəfa və cansağlığı arzu edib.

İran İslam Şurası Məclisinin ictimai əlaqələr şöbəsi dünən ölkənin qanunvericilik hakimiyyətinin sədri Əli Laricaninin koronavirusa yoluxduğunu bildirib.

Parlamentlərarası Birliyin sədri Qabriela Kuevas Barron bu gün Əli Laricaniyə ünvanladığı müraciətdə İran İslam Şurası Məclisi sədrinin koronavirusa yoluxmasından təəssüf ifadə edərək, vurğulayıb: Kollektiv səylə koronavirusa qalib gələcəyik.

Həmçinin Rusiya və Suriya parlamentlərinin sədrləri, Pakistan senatının sədri və sədr müavini də öz müraciətlərində Laricaniyə şəfa diləyiblər.

İranın mülki və hərbi rəsmiləri, həmçinin din xadimləri də öz müraciətlərində Allah-Taaladan Əli Laricanin tamamilə sağalmasını diləyiblər.

İİR İŞM SƏDRİNİN SAĞALMASI ARZU EDİLİB

Teqlər

Şərhlər