Apr 07, 2020 20:13 Asia/Baku
  • İran koronavirusla mübarizədə Türkiyə ilə həmkarlığa hazırdır

İran və Türkiyənin xarici işlər nazirləri koronavirusla mübarizə sahəsində həmkarlıq barədə telefonla söhbət ediblər.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün günortaçağı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbətində həmin ölkədə koronavirus pandemiyasına görə, Türkiyənin hökuməti və xalqının dərdinə şərik çıxıbdır.

Zərif həmçinin Tehranın koronavirusla mübarizə sahəsində hər cür yardım və həmkarlığa hazır olduğunu bildirib.

İran və Türkiyənin nəqliyyat və tranzit sahələri üzrə əməkdaşlıqları da Zərif-Çavuşoğlu söhbətinin digər mövzularından olubdur.

TEHRAN COVID-19-LA MÜBARİZƏDƏ ANKARA İLƏ HƏMKARLIĞA HAZIRDIR

Şərhlər