İyul 24, 2020 07:11 Asia/Baku
  • İki düşmən qırıcı Suriya səmasında İranın sərnişin təyyarəsi üçün problem yaradıb

İnformasiya mənbələri dünən gecə iki düşmən qırıcının Suriya səmasında İranın sərnişin təyyarəsi üçün problem yaratmasından xəbər veriblər.

SəhərAzəri xəbər verir, Bu mənbələr bildiriblər ki, iki düşmən qırıcı Suriya səmasında İranın Mahan şirkətinin sərnişn təyyarəsinə yaxınlaşaraq, bu təyyarə üçün problem yaradıb.

Həmin qırıcıların bu təhlükəli hərəkətindən sonra İranın sərnişin təyyarəsinin pilotu bu iki qırıcı ilə toqquşmaqdan çəkinmək üçün uçuş səviyyəsini sürətlə azaldıbdır ki, bu məsələ də sərnişinlərdən bir neçə nəfərin zərər çəkməsinə səbəb olubdur.

Bu düşmən qırıcıları sərnişi təyyarəsinin yüz metrliyinədək yaxınlaşmışdılar.

Bu qırıcıların mahiyyəti hələ tam şəkildə aydınlaşmayıbdır. Bəzi mənbələr qırıcıların Amerikaya, bəziləri isə sionist rejimə məxsus olduğunu bildirirlər.

İran təyyarəsi pilotunun bildirdiyinə əsasən, Suriya səmasında bu təyyarəni hədələyən iki qırıcı amerikan təyyarəsi olubdur.

Eyni zamanda, həmin uçuşda iştirak edən İranın TeleRadio Təşkilatı müxbirinin dediyinə görə, qırıcılar sionist rejim mahiyyətli olubdur.

İnformasiya mənbələri bildiriblər ki, düşmən qırıcılar qəsdən İranın sərnişin təyyarəsinin arxasında gizlənərək, Suriyanın raket müdafiə sistemini bu sərnişin təyyarəsini vurmağa məcbur etmək niyyətində olublar.

Bu məlumata görə, İranın sərnişin təyyarəsi Beyrut hava limanında təhlükəsizlik şəkildə eniş edibdir.

Teqlər

Şərhlər