İyul 24, 2020 07:46 Asia/Baku
  • SETCOM İranın sərnişin təyyarəsi üçün problemin yaradılmasını etiraf edib

F-15 tipli iki amerikan qırıcının İranın sərnişin təyyarəsi üçün problem yaratması Amerika mərkəzi komandanlıq qərargahının sözçüsü tərəfindən təsdiq olunub.

SəhərAzəri xəbər verir, Amerika mərkəzi komandanlıq qərargahının sözçüsü Bill Uryan cümə günü səhər tezdən iddia edib ki, bu addım Əltənf bazasında koalisiya qüvvələri personalının təhlükəsizliyinə əmin olmaq və dinləmə yolu ilə təftiş aparmaq məqsədilə həyata keçirilib və F-15 qırıcısının pilotu İran təyyarəsini Mahan sərnişin təyyarəsi kimi tanıyandan sonra təhlükəsiz şəkildə bu təyyarədən uzaqlaşıbdır.

Uryan həmçinin bildirib ki, ABŞ qırıcılarının İranın sərnişin təyyarəsi üçün problem yaratmaları peşəkarcasına olub və beynəlxalq meyarlara əsasən həyata keçirilibdir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü bu gün səhər tezdən iki düşmən qırıcının Suriya səmasında İranın sərnişin təyyarəsi üçün problem yaratmasına reaksiyada deyib ki, hadisənin detalları araşdırılır və məlumatların təkmilləşməsindən sonra lazımi siyasi-hüquqi addımlar atılacaq.

İnformasiya mənbələri dünən gecə iki düşmən qırıcının Suriya səmasında İranın Mahan şirkətinin sərnişin təyyarəsi üçün problem yaratmasından xəbər veriblər. Bu hərəkət sərnişinlərdən bir neçə nəfərin zərər çəkməsinə səbəb olubdur.

Deyilənlərə görə, düşmən qırıcılar qəsdən İranın sərnişin təyyarəsinin arxasında gizlənərək, Suriyanın raket müdafiə sistemini bu sərnişin təyyarəsini vurmağa məcbur etmək niyyətində olublar.

Teqlər

Şərhlər