Avq 12, 2020 19:56 Asia/Baku
  • Ruhani Makrona xitabən deyib:

İran prezidenti ilə Fransa prezidenti ilə telefon danışığı zamanı ABŞ-ın hərəkətlərinin həmişə nüvə anlaşmasının məhvinə yönəldiyinə toxunaraq, deyib: "Avropa ABŞ-ın təsiri altına və bu ölkənin tələsinə düşməməlidir".

SəhərAzəri xəbər verir, Bu gün İran İslam Respublikası prezidenti ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı İran prezidenti Təhlükəsizlik Şurasının (TŞ) 2231 saylı qətnaməsinə əsasən, oktyabrın 18-dən etibarən İrana qarşı silah embarqosunun aradan qaldırılması vacibliyini bəyan edərək, vurğulayıb: "ABŞ-ın TŞ-yə təklif etdiyi yeni qətnamə layihəsi bu şuranın 2231 saylı qətnaməsini pozur və 4+1 qrupu başda olmaqla bütün ölkələr onu qınamalıdırlar".

Ruhani xatırladıb: "ABŞ-ın iki il əvvəl nüvə anlaşmasından çıxdığını nəzərə alaraq, onun bu anlaşmanın mexanizmlərindən istifadə etmək hüququ yoxdur".

İran prezidenti, həmçinin ABŞ-ın koronavirus pandemiyasına rəğmən, Tehrana qarşı tətbiq etdiyi qanunsuz və qeyri-insani sanksiyalarına işarə edərək, Avropanın İranla iqtisadi əlaqələri aktivləşdirimək və koronavirusla mübarizədə əməkdaşlıq etmək üçün hərəkətə keçməsi vacibliyini vurğulayıb.

Ruhani sözlərinin davamında ötən həftə Beyrut şəhərində baş verən dəhşətli partlayışdan sonra Livanın vəziyyətinə toxunub və qeyd edib ki, Livan siyasi qruplar arasında daha çox birliyə ehtiyaclıdır və hamı bu istiqamətdə çalışmalıdır.

Fransa prezidenti də nüvə anlaşmasının qorunması vacibliyini vurğulayaraq, deyib: "Fransanın İrana qarşı silah embarqosu ilə bağlı baxışı ABŞ-la tam fərqlidir və bu məsələ açıq şəkildə onlara elan olunubdur".

E.Makron, həmçinin Fransanın Avropanın maliyyə sisteminin fəallaşması üçün bir sıra tədbirlər gördüyünü açıqlayıb.

Fransa prezidenti sözlərinin davamında Livanın vəziyyəri və bu ölkəyə olan səfərinə işarə edib və İranı Livanın siyasi böhranının həllinə yardım etməyə və Beynəlxalq Fəaliyyət Qrupuna qoşulmağa çağırıb ki, İran prezidenti tərəfindən müsbət qarşılanıb.

Teqlər

Şərhlər