Sen 09, 2020 06:57 Asia/Baku
  • İran-Türkiyə müqavilələrinin icrasının sürətləndirilməsinə təkid

İran və Türkiyə prezidentləri ikitərəfli müqavilələrin icrasının sürətləndirilməsini vurğulayıblar.

SəhərAzəri xəbər verir, İran və Türkiyə prezidentləri iki ölkənin Strateji Əlaqələr üzrə Ali Şurasının 6-cı iclasında Tehran-Ankara müqavilələrinin icrasının sürətləndirilməsi vacibliyini vurğulayıblar.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani dünən iki ölkənin yüksək səviyyəli heyətlərinin videokonfrans formasında keçirilən İran-Türkiyə Strateji Əlaqələr üzrə Ali Şurasının 6-cı iclasında deyib: İki ölkənin neft, qaz və turizm sahələrində investisiya, həmçinin nəqliyyat, neft-kimya və energetika sahələrində əməkdaşlıq da daxil olmaqla müxtəlif sahələrdəki müqavilələrinin həyata keçirilməsinə, müştərək komissiya daha artıq sürət və miqyas verməlidir.

İran prezidenti sonra Fələstin məsələsini mühüm regional məsələlərdən adlandırıb və belə deyib: Əmirliklər ölkəsinin sionist rejimlə xəyanətkar müqaviləsi Fələstin amalına və İslam Dünyasına bir zərbə, region təhlükəsizliyi üçün isə bir təhdiddir.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan da Ankara-Tehran hərtərəfli əlaqələrinin genişləndirilməsi zərurətinə təkidlə belə qeyd edib: Türkiyə daim İranda turizm, nəqliyyat və energetika da daxil olmaqla müxtəlif sahələrdə sərmayə yatırımına hazırdır.

Ərdoğan sonra bəzi region ölkələrinin Qüdsü işğal etmiş rejimlə olan sazişlərinə işarə ilə deyib: Bu sazişlər İslam Dünyasına qarşı aşkarcasına xəyanətdir və mütləq şəkildə müsəlman xalqların mənafelərinin əleyhinədir.

Teqlər

Şərhlər