Sen 17, 2020 14:19 Asia/Baku
  • Prezident Ruhani Yaponiyanın baş naziri Yoşihide Suqanı təbrik edib

İran İslam Respublikası prezidenti Yoşihide Suqanı Yaponiyanın baş naziri vəzifəsinə seçilməsinə görə təbrik edərək İran ilə Yaponiya arasında dost əlaqələrin və müxtəlif sahələr o sıradan iqtisadi və ticarət sahələrindəki əməkdaşlıqların daha da genişlənəcəyinə umidvar olduğunu bildirib.

SəhərAzəri xəbər verir, İİR prezidenti Həsən Ruhani özünün təbrik müraciətində iki ölkə rəhbərlərinin davamlı fikir mübadilələri xüsusiylə ötən milad ilində iki ölkə əlaqələrinin 90 illiyi münasibəti ilə iki ölkə başçılarının qarşılıqlı səfərlərinin əlaqələrin bütün sahələrdə inkişafına yeni fəsl açacağını bildirib, bundan sonra da regional və beynəlxalq mövzularda İran və Yaponiya arasında əməkdaşlıqların davam edəcəyinə ümidvarlığını bildirib. 

Yoşihide Suqa dünən Yaponiya parlamentinin səsi ilə bu ölkənin baş naziri vəzifəsinə seçilib. 

Teqlər

Şərhlər