Sen 24, 2020 08:59 Asia/Baku
  • ABŞ-ın aviadaşıyıcı eskadranı iranlı PUA-ların nəzarətində

İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Dəniz Qoşunlarının komandanı deyib: "ABŞ-ın aviadaşıyıcı eskadranı Hörmüz boğazına daxil olmazdan əvvəl tam yerli PUA-larla müəyyən edilib və izlənilib".

SəhərAzəri xəbər verir, İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Dəniz Qoşunlarının komandanı kontr-admiral pasdar Əlireza Təngsiri 188 ədəd yeni PUA və vertolyotun Sepah-ın dəniz qoşunlarının sılahlanmasına verilməsi mərasimində ABŞ-ın aviadaşıyıcı eskadranının Sepah-a məxsus yerli PUA-larla izlənilməsindən xəbər verib. O, əlavə edib: "Bu müeşahidə missiyasında "Nimitz" aviadaşıyıcısı və onu müşayiət edən iki esmines, iki ədəd döyüş kreyseri, iki patrul gəmisi və bir ədəd ABŞ-ın sahil mühafizəsi gəmisi də Fars körfəzi və Hörmüz boğazına girməzdən əvvəl müəyyən edilib.

kontr-admiral Təngsiri əlavə edib: "Sepah-ın dəniz qüvvələrinin bütün tapşırıqları yerli istehsal olan iranlı pilotsuzların çətiri altında yerinə yetiriləcək və 188 ədəd pilotsuz və helikopterin Sepah-ın dəniz qoşunlarına təhvil verilməsi onlara dəniz və hava missiyalarını birləşdirmək üçün xüsusi bir imkan verəcəkdir.

Sepah-ın Dəniz Qoşunlarının komandanı, həmçinin deyib: "Bu PUA-lar vasitəsilə Fars körfəzi, Hörmüz boğazı və Oman dənizindəki bütün dəniz hərəkətlərini izləmək mümkün olacaq və İranın bu sahədəki imkanları xeyli genişlənəcəkdir.

Teqlər

Şərhlər