Sen 26, 2020 21:05 Asia/Baku
  • Tehranda yeni məhdudiyyətlər tətbiq ediləcək \ Tibbi maskadan istifadə etməyənlər cəzalandırılacaq

Koronavirus ilə Mübarizə Qərargahında araşdırıldıqdan sonra Tehranda yeni məhdudiyyətlər tətbiq olunacaq.

Səhər Azəri bildirir ki, bunu İran İslam Respublikası prezidenti Karonavirus ilə Mübarizə Qərargahının iclasında deyib. 

Prezident Həsən Ruhani ilk başda çox az adamın koronavirusun dünyada bu şəkildə yayılacağını təsəvvür etdiyini deyərək, bildirib: "Bu gün artıq hamı üçün aydın olub ki, koronavirus ilə mübarizədə ən təsirli və düzgün yol sosial məsafənin qorunması, tibbi maskadan istifadə və sanitariya-gigiyena qaydalarına ciddi əməl etməkdir. 

İlk başda ictimai xidmət sektoru çalışanları o cümlədən taksi və ümumi nəqliyyat vasitələri sürücüləri, bank və dövlət qrumları işçiləri tibbi maskadan istifadə etmədikləri təqdirdə cəzalandırılacaqlar.

Növbəti mərhələdə isə tibbi maskası olmadan ictimai məkanlara müraciət edən şəxslər cəzalandırılacaqlar."

İran prezidenti daha sonra tibbi maskadan istifadə etməyənlərə heç bir güzəştin edilməməli olduğunu bildirib və deyib: "Tibbi maskadan istifadə etməyənlərə heç bir xidmət göstərilməməlidir. Xidmət sektorunda çalışanlar da buna əməl etməlidirlər. Əks təqdirdə tibbi maskadan istifadə etməyənlərə edilən xidmətə görə onlar da cəzalandırılacaqlar."

Həsən Ruhani yeni qaydaların Koronavirus ilə Mübarizə Qərargahında təsdiq olunduqdan sonra ilk öncə Tehranda, daha sonra isə digər şəhərlərdə icra olunacağını bildirib. 

 

 

Teqlər

Şərhlər