Okt 18, 2020 18:52 Asia/Baku
  • İran əfqanların rəhbərliyi altında olan sülh prosesini himayə edir

İran xarici işlər naziri bildirib ki, Tehran əfqanların rəhbərliyi altında olan sülh prosesini himayə edir.

SəhərAzəri xəbər verir, O Tehranın, müxtəlif əfqan qrupları arasındakı danışıqların iştirakçılarının razılaşmaları və əfqanların müdiriyyəti və rəhbərliyi altında olan sülh prosesini himayə etdiyini vurğulayıb.

Məhəmməd Cavad Zərif Əfqanıstan ali milli barışıq şurasının sədri Abdullah Abdullah ilə görüşdə Tehranın Əfqanıstan İslam Respublikasının hökumətini himayə etdiyini də bir daha vurğulayıbdır.

Zərif həmçinin Əfqanıstan ali milli barışıq şurasında məsuliyyət qəbul və siyasi prosesdə iştirak etdiyinə görə Abdullah Abdullaha təşəkkür edib. Zərif Taliban-ın Əfqanıstanın siyasi strukturunda iştirakının da İran tərəfindən dəstəkləndiyini bildiribdir.

Əfqanıstan ali milli barışıq şurasının sədri də bu ölkənin daxili səhnəsində baş verən cari hadisələri və əfqan qruplar arasında dialoq ilə bağlı vəziyyəti şərh edib.

Abdullah Abdullah üçgünlük səfər və İran İslam Respublikasının yüksək vəzifəli rəsmiləri ilə görüşmək məqsədilə bu gün Tehrana daxil olubdur.

Teqlər

Şərhlər