Okt 11, 2017 12:30 Asia/Baku
  • Bir qrup Azərbaycan hərbçisi Əfqanıstana ezam olunub
    Bir qrup Azərbaycan hərbçisi Əfqanıstana ezam olunub

Azərbaycan Respublikasının 50 hərbçisi NATO-nun Qətiyyətli Dəstək əməliyyatı çərçivəsində Əfqanıstana ezam olunub.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib: Bu hərbçilər Şimali Atlantik Alyansı NATO-nun əməliyyatı çərçivəsində qeyri-döyüş tapşırığını yerinə yetirəcək. 

Azərbaycan Respublikasının NATO çərçivəsində Əfqanıstanda hərbi əməkdaşlığı 2002-ci il noyabr ayından başlanıb. Azərbaycan Respublikasında müxtəlif sahələrdə, o cümlədən NATO standartları əsasında azərbaycanlı hərbçilərin təlimi, minaların təmizlənməsi əməliyyatı sahələrində davam edir. 

Teqlər