Apr 13, 2018 18:57 Asia/Baku
  • Azərbaycan Respublikasında neft və qaz hasilatı artıb
    Azərbaycan Respublikasında neft və qaz hasilatı artıb

Azərbaycan Respublikası dövlət statistika komitəsinin sədri bu ölkədə neft və təbii qaz hasilatı miqdarının artmasından xəbər verib.

Tahir Budaqov bu gün bildirib ki, ötən 14 ildə bu ölkədə 554,4 milyon ton neft və 308,5 milyard kubmetr təbii qaz istehsal olunubdur.

O, əlavə edib: Azərbaycan Respublikasında neft hasilatının həcmi 2003-cü il ilə müqayisədə 2,5, təbii qaz hasilatı isə 5,6 dəfə artıbdır.

Azərbaycan Respublikası Xəzər dənizinin hüquqi statusu barədə bir sənəd imzalanmadan və yekun razılaşma olmadan xarici şirkətlərin köməyilə bu dənizin dibində neft və qaz hasilatı ilə məşğuldur.

İran, Rusiya, Azərbaycan Respublikası, Qazaxıstan və Türkmənistan xəzəryanı ölkələr sayılırlar.

Xəzər dənizi sahilyanı ölkələr arasında həssas strateji və əlaqə mövqeyindən əlavə, dünyanın ən iri gölü kimi, əlli milyard barel neft ehtiyatına və 257 trilyon kub fut təbii qaz resursuna malikdir.

Son illərdə Azərbaycan Respublikasının neft və qaz ixracatının, eləcə də dövlət gəlirlərinin artmasına rəğmən, bu respublikadakı siyasi şəxsiyyət və qruplar bu qənaətdədirlər ki, həmin ölkədə sərvətin paylanması qeyri-münasibdir və dövlət Azərbaycan Respublikasının inkişafı üçün layiqli addımlar atmayıbdır. 

Teqlər