May 12, 2018 16:26 Asia/Baku
  • İran və Azərbaycan R. gömrüklərinin fəaliyyəti sutkalıq oldu
    İran və Azərbaycan R. gömrüklərinin fəaliyyəti sutkalıq oldu

Astara, Culfa və Biləsuvar gömrükləri daxil olmaqla İran və Azərbaycan Respublikasının sərhəd gömrüklərinin fəaliyyəti iki ölkənin müştərək komissiyalarının qərarlarına əsasən, sutkalıq olubdur.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə bu gün IRIB ilə müsahibədə deyib: İran və Azərbaycan Respublikasının sərhəd gömrüklərinin fəaliyyətinin sutkalıq olması iki ölkə vətəndaşlarının gediş-gəlişlərini asanlaşdırmaqdan əlavə, ticari rövnəq və ticarət inkişafında da olduqca təsirli olacaqdır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev də bu barədə belə deyib: Bu gömrüklərin fəaliyyətlərinin sutkalıq olması şimal-cənub dəmiryolu dəhlizi, həmçinin Rəşt-Astara dəmiryolu və sərhəd körpüsü kimi müştərək layihələrin icrasında böyük təsirə malikdir.

İran İslam Respublikası Azərbaycan Respublikası ilə Şahtaxtı-Poldəşt, Culfa, Biləsuvar və Astara kimi dörd sərhəd keçidinə malikdir ki, bu gömrüklər iki ölkənin turizm və iqtisadi rövnəqi və inkişafında mühüm rol oynayırlar.

İran və Azərbaycan Respublikası təqribən 760 kilometrlik müştərək sərhədə malikdirlər.

Teqlər