Avq 07, 2019 08:37 Asia/Baku
  • Azərbaycan XİN Paşinyanın Xankəndindəki çıxışına cavab verib
    Azərbaycan XİN Paşinyanın Xankəndindəki çıxışına cavab verib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndindəki çıxışında səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, avqustun 5-də Xankəndində 7-ci Ümumerməni Oyunlarının açılış mərasimində çıxış edib.

N.Paşinyan Ermənistan və Qarabağ əhalisinin birliyindən danışıb.

Pashinian çıxışında bir neçə dəfə Ermənistan və Dağlıq Qarabağ əhalisi daxil olmaqla, erməni xalqı arasında birliyin vacibliyini vurğulayıb, bunu panerməni məqsədlərin gerçəkləşdirilməsindən ötrü vacib adlandırıb:

“Əminəm ki, çoxlarınızı mənim niyə Artsax (Qarabağ) barəsində heç nə deməməyim narahat edir. Cavab sadədir: Artsax Ermənistandır. Nöqtə.”

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan baş nazirinin Dağlıq Qarabağda etdiyi çıxışı kəskin tənqid etdi. Bəyanatda deyilir:

“Bəyanatının, əsasən, daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir”.

Azərbaycan XİN bildirilir ki, “belə bəyanatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə açıq ziddiyyət təşkil edir”.

Bəyanatda daha sonra deyilir:

“Bu, həmçinin, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu”.