Dec 26, 2017 13:11 Asia/Baku
  • Bakıda rəsm sərgisi
    Bakıda rəsm sərgisi

Dekabrın 25-də İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzində "İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi öz işinə başlayıb. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzi, Fələstinin Bakıdakı səfirliyi və Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşıb.

İRNA-nın verdiyi məlumata görə, sərgidə Azərbaycan Respublikasının 150 fırça ustasının 200-dək sənət əsəri nümayiş olunur. Bu əsərlər islam mədəniyyət irsi, islam dünyasının tarixi yadigarları və Məscidül-Əqsa başda olmaqla müsəlmanların məşhur məscidlərinin rəsmlərindən ibarətdir.  

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət Attaşşesi Əsğər Farsi sərginin açılış mərasimində islam sivilizasiyasının bəşər ictimaiyyətindəki önəmli rolunu vurğulayaraq deyib: İslam dinindən məscidlər xüsusi mövqeyə malikdir və bütün gözəlliklər bu məkanlarda cəmləşib. 

Farsi Məscidül-Əqsa kimi bəzi məscidlərin islam düşmənlərinin işğalı altında olduğunu bildirərək deyib: Müsəlmanlar hazırkı şəraitdə islam düşmənləri qarşısında daha da birləşməlidirlər. 

"İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı rəsm sərgisi Bakıda bir həftə müddətində davam edəcək.  

Teqlər

Şərhlər