Fev 06, 2018 15:18 Asia/Baku
  • Əhli-Beyt (ə) şairinin xatirəsi anılıb
    Əhli-Beyt (ə) şairinin xatirəsi anılıb

Azərbaycan Respublikasında Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyevin vəfatının üçüncü günündə bir qrup İmam Hüseyn (ə) məktəbinin aşiqi, ziyalılar və Əhli-Beyt (ə) şairlərinin iştirakı ilə Bakıda mərasim keçirilib.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, mərasim iştirakçıları şerlar oxuyaraq Əhli-Beyt (ə) şairinin xatirəsini yad edib və İmam Hüseyn (ə) məktəbinin təbliğinin davam etməsini vurğulayıblar. 

Azərbaycan Respublikasında Əhli-Beyt (ə) şairi Seyid Rəhim Baxşıyev 1959-cu ildə Bakı şəhərində dindar və ruhani ailədə dünyaya göz açıb və ötən cümə günü 59 yaşında fani dünya ilə vidalaşıb. 

O Kommunist rejiminin ağır dövründə İmam Hüseyn (ə) tasua və aşura mərasimlərinin keçirilməsi qadağan olunsa da, bu mərasimi mümkün hər hansı bir yolla keçirir və o dövrdən sonra da, 40 il müddətinə Əhli-Beyt (ə) və Həzrət İmam Hüseynə (ə) sevgisini şerləri ilə bəyan edirdi. 

Teqlər