İranın müdafiə naziri Bakıya səfər edib
https://azeri.sahartv.ir/news/azərbaycan-i296355-İranın_müdafiə_naziri_bakıya_səfər_edib
İran İslam Respublikasının müdafiə naziri və onu müşayiət edən heyət Bakıya daxil olduqdan sonra, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yüksək səviyyəli hərbi rəsmiləri tərəfindən qarşılanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2018 07:43 Asia/Baku
  • İranın müdafiə naziri Bakıya səfər edib

İran İslam Respublikasının müdafiə naziri və onu müşayiət edən heyət Bakıya daxil olduqdan sonra, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yüksək səviyyəli hərbi rəsmiləri tərəfindən qarşılanıb.

İRİB-nin verdiyi məlumata görə, general-polkovnik Əmir Hatəmi və onu müşayiət edən heyət bu iki günlük səfərdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər hərbi-siyasi rəsmilər ilə görüşüb, iki ölkənin müdafiə sahəsindəki əməkdaşlıqlarının genişləndirilməsi həmçinin, mühüm regional və beynəlxalq məsələlər barəsində danışıqlar aparacaq. 

İran İslam Respublikasının müdafiə naziri Azərbaycan müdafiə nazirinin rəsmi dəvəti ilə bu ölkəyə səfər edib.