Fev 25, 2018 09:28 Asia/Baku
  • Bakıda
    Bakıda "Xurşidbanu" adlı ədəbi tədbir keçirilib

İranın mədəniyyət və islami əlaqələr təşkilatının başçısı Əbuzər İbrahimi Türkmənin iştirakı ilə Bakıda, İran səfirliyinin mədəniyyət mərkəzində "Xurşidbanu" adlı ədəbi tədbir keçirilib.

İRNA-nın məlumatına görə, bu ədəbi tədbir Quran-Kərimdən bir neçə ayənin tilavət edilməsi ilə başlanılıb. Daha sonra azərbaycanlı şairlər və məddahlar dünya qadınlarının xaınımı həzrət Fatiməni(s) vəsf etməyə başlayıblar. 

Bu tədbirdə Azərbaycanlı Əhl Beyt(ə) şairi Ağarəhim Baxşıyevin xatirəsi də anılıb, barəsində qısa film ekran edilib. 

İran İslam Respublikasının Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri cümə axşamı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin dəvəti ilə Azərbaycana səfər edib. 

Teqlər