Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
https://azeri.sahartv.ir/news/azərbaycan-i296945-azərbaycan_ictimaiyyəti_xocalı_soyqırımı_qurbanlarının_xatirəsini_yad_edir
Bu gün XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 26-cı ildönümüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 26, 2018 09:38 Asia/Baku
  • Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir
    Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir

Bu gün XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 26-cı ildönümüdür.

Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Xocalı soyqırımının qanlı statistikası belədir: Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.