Nov 14, 2019 14:52 Asia/Baku
  • Bakıda dini məsələlər üzrə məsul şəxslərin beynəlxalq konfransı
    Bakıda dini məsələlər üzrə məsul şəxslərin beynəlxalq konfransı

70 ölkədən olan dini məsələlər üzrə məsul şəxslərin iştirakı ilə Bakıda beynəlxalq konfrans başlanıb.

Bu beynəlxalq konfransda İran İslam Respublikası daxil olmaqla yetmiş ölkədən gəlmiş 500-dən çox din xadimi, məsul şəxs və mütəfəkkir iştirak edir. İranın nümayəndə heyətinə İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Əbuzər Ebrahimi Torkəman başçılıq edir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu beynəlxalq konfransın ilk natiqi olubdur. Bu ikigünlük konfransda konfrans iştirakçıları dinlərarası dialoq, mədəniyyət və dinləarası əlaqə və həmkarlığın genişləndirilməsi, müxtəlif dinlərin davamçıları arasında qarşılıqlı etimadın yaradılması, terrorizm, təcavüzkarlıq və ksenofobiyaya qarşı vahid mövqeyin seçilməsi məsələlərini araşdıracaqlar.

İran İslam Respublikasının dinlərarası dialoq üzrə siyasət şurasına da sədrlik edən Ebrahimi-Torkəman bu beynəlxalq konfrans çərçivəsində bəzi ölkələrin mədəni şəxsiyyətləri və din xadimləri ilə görüşlər keçirməlidir.

 

Şərhlər