Dek 05, 2019 20:50 Asia/Baku
  • Azərbaycan Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-na təyin edilib
    Azərbaycan Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-na təyin edilib

Azərbaycan Respublikası prezidenti İlham Əliyev parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 4 dekabr tarixində Konstitusiyasının 981-ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini  rəhbər tutaraq parlamentin buraxılmasını təsdiq etmişdir. 

Şərhlər