Dek 09, 2019 20:52 Asia/Baku
  • Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Bakıda olub
    Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Bakıda olub

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Azərbaucan Respublikasına səfər edib, ölkə prezidenti ilə görüşüb.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib, ölkə prezidenti ilə görüşb.

Prezident İlham Əliyev Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini ilə görüşərkən deyib: Bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub, müsbət nəticələr göz qabağındadır. Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin isə bildirib ki, Cari rəqəmlərə nəzər salsaq, əmtəə dövriyyəsini və dinamikanı əks istiqamətdə müqayisə etsək, həqiqətən, Azərbaycanla təqribən 30 faiz artım var. Lakin daha irəli getmək lazımdır ki, bunlar birdəfəlik nəticə deyil, daimi hadisə olsun.  Azərbaycan və Rusiya arasında üç sənəd də imzalanıb.

 

 

Şərhlər