Yan 16, 2020 09:14 Asia/Baku
  • 'Gəncə məhbusları'nın valideynləri etirazlarını davam etdirirlər
    'Gəncə məhbusları'nın valideynləri etirazlarını davam etdirirlər

Yanvarın 15-də 2018-ci ildə Gəncədə baş verən hadisələrə görə həbs olunan şəxslərin bəzilərinin valideynləri övladlarına azadlıq tələbi ilə Ali Məhkəmənin qarşısında aksiyaya keçirməyə cəhd ediblər.

Onlar qısa müddətə yolu bağlayıblar, «Azadlıq!» şüarı səsləndiriblər. «Uşaqlarımızı qanunsuz həbs etdilər, üstəlik də, bizi heç bir məmur qəbul edib dərdimizi eşitmək istəmir», - aksiya iştirakçılarından biri vurğulayıb. Onlardan biri daha sonra da deyib: «Xəstə uşaqlarımız haqsız yerə həbsdə yatır. Onların həyatları məhv olur. Məmurlarımız, sizin də uşaqlarınız var, bu uşaqlara rəhm edin».

Əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını uzaqlaşdıraraq yol hərəkətini bərpa ediblər.

2018-ci il iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Yusif Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunur. Onların məhkəməsi yenicə başlayıb.

 

 

Şərhlər