Yan 16, 2020 13:46 Asia/Baku
  • İran ilə Azərbaycan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf yolları araşdırılıb
    İran ilə Azərbaycan Respublikası arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişaf yolları araşdırılıb

İranın şimal-qərbində yerləşən Culfa sərhəd keçid məntəqəsində keçirilən İran və Azərbaycan Respublikasının sərhəd iclasında beynəlxalq nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıqların inkişaf yolları araşdırılıb.

İranın Yol Nəqliyyatı və Yollara Texniki Xidmət Təşkilatının Beynəlxalq Nəqliyyat və Tranzit Bürosunun baş direktoru Mənuçehr Səlmanzadeh deyib: Bu iclasda İran ilə Azərbaycan Respublikası arasında nəqliyyat və gömrük əlaqələrinin daha da genişləndirilməsi sahələri, həmçinin iki ölkənin yük və sərnişin nəqliyyatı donanmasından əldə olunan rüsumlar məsələsi araşdırılıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlıqlar şöbəsinin müdiri Dilavər Fərzəliyev də iki ölkənin inkişaf etməkdə olan əlaqələri, həmçinin nəqliyyat və gömrük həmkarlıqlarından razılıq edərək, münasibətlərin inkişafı üçün müştərək sərhəd terminalları və gömrüklərinin nümayəndələri arasında ardıcıl və müntəzəm iclasların keçirilməsini istəyib.

İran və Azərbaycan Respublikası arasında şose yolu nəqliyyatı üzrə birgə iclas ikitərəfli və beynəlxalq nəqliyyat həmkarlıqlarının genişləndirilməsi və araşdırılması məqsədilə dövri şəkildə iki ölkədə keçirilir.

İran və Azərbaycan Respublikası 760 kilometrdən çox müştərək sərhədə və dörd rəsmi keçid məntəqəsinə malik olaraq, hava və dəmiryolu nəqliyyatından əlavə, yol nəqliyyatı və tranzitində də münasib əməkdaşlıqlara malikdirlər.



 

 

 

Şərhlər