Yan 21, 2020 09:12 Asia/Baku
  • Azərbaycan R. təbii qaz çıxarılması və ixracatını artırıbdır
    Azərbaycan R. təbii qaz çıxarılması və ixracatını artırıbdır

2019-cu ildə Azərbaycan Respublikasında təbii qaz çıxarılması 17 faiz artaraq, 35,6 milyard kubmetrə çatıbdır.

Azərbaycan Respublikası dövlət neft şirkəti- SOKAR-ın məlumatına görə, ötən il həmçinin təbii qaz ixracatı 23 faiz artaraq, 11,6 milyard kubmetrə çatıbdır.

Belə bir halda, Türkiyə və Gürcüstan Azərbaycan Respublikasının təbii qazının başlıca idxalatçıları olublar.

Azərbaycan Respublikasında təbii qazın bir hissəsi də bu ölkənin daxili ehtiyaclarına sərf olunur. Bunlara bir neçə yeni istehsal obyekti də daxildir.

Həmçinin aparılmış proqramlaşdırmaya əsasən, 2020-ci ildə Azərbaycan Respublikasının Xəzər dənizində yerləşən "Şah Dəniz" yatağından cənubi qaz dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracatı başlanacaq.

Şərhlər