Yan 22, 2020 20:36 Asia/Baku
  • FİFA Azərbaycan klublarından zərər çəkib
    FİFA Azərbaycan klublarından zərər çəkib

FİFA-nın 2019-cu ilin transferləri ilə bağlı hesabatı açıqlanıb. FİFA Azərbaycan klublarının transferlərdən 100 min dollar ziyana düşdüyünü açıqlayıb.

Apasport.az saytının məlumatına görə, il ərzində kişi futbolçuların transferlərinin ümumi məbləği 7,35 milyard dollar təşkil edib.

2018-ci illə (6,94 milyard) müqayisədə 5,8 faiz artan bu rəqəm yeni rekorddur. Ümumilikdə 18042 transfer rəsmiləşib. 2018-ci ildə bu rəqəm 16544-ə bərabər olub.

Azərbaycanın 11 futbol klubu 2019-cu ildə beynəlxalq transfer reallaşdırıb. Bu, 2018-ci illə müqayisədə 15,4 faiz azdır.

 

Şərhlər