Mart 23, 2020 10:06 Asia/Baku
  • Azərbaycanda iri ticarət mərkəzləri və
    Azərbaycanda iri ticarət mərkəzləri və "Mall"arın fəaliyyəti bir aylıq dayandırılıb

Azərbaycan Respublikasında iri ticarət mərkəzləri və "Mall"arın fəaliyyəti bir aylıq dayandırılıb.

Koronavirus (COVİD-19) infeksiyası dünya ölkələri arasında sürətlə yayılmaqda davam etdiyindən ciddi preventiv tədbirlər tətbiq olunmaqdadır. Bu məqsədlə bir çox ölkələr arasında sərhədlər müvəqqəti bağlanıb, aviauçuşlar dayandırılıb, insanların kütləvi toplaşdığı məkanlar üzrə məhdudlaşdırıcı tədbirlər həyata keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək qlobal pandemiya elan olunan koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində bir sıra qaydalar tətbiq olunub, o cümlədən sosial məhdudlaşdırma tədbirləri həyata keçirilir. Bu məqsədlə kütləvi tədbirlər ləğv edilib, insanların sıx toplaşdığı sosial-mədəni obyektlərin fəaliyyəti müvəqqəti dayandırılıb, restoran və kafelərin iş rejimi qısaldılıb.

Azərvbaycan hökuməti Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bunlarla yanaşı, virusun geniş yayılma sürətini nəzərə alaraq insanların kütləvi toplaşdığı məkanlar üzrə əlavə tədbirlərin görülməsi zərurəti yaranmışdır.

Bu baxımdan nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart dan etibarən bir ay müddətinə dayandırılır.

Həmçini Bakıda küçə və prospektlər dezinfeksiya olunub. Proses paytaxtın bir neçə rayonunda həyata keçirilib.

Azərbaycanda 12 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alındığı bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 65 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

AR-DA "MALL"ARIN FƏALİYYƏTİ BİR AYLIQ DAYANDIRILIB

 

Şərhlər