May 23, 2020 10:52 Asia/Baku
  •  İşğalçılıq strategiyasının iflasa uğramasında Qüds Gününün rolu

Azərbaycan Respublikasında fəaliyyət göstərən Maidə saytı Ümumdünya Qüds Gününün dünya üzrə işğalçılıq strategiyasını iflasa uğratdığınıı şərh edib.

SəhərAzəri - Maidə Xəbər Portalının şərhində deyilir: Qüds gününü eyni zamanda Qarabağ günü də adlandırmaq olar, çünki Qüds günü əslində içşğalçılıq əyehhinə elan olunmuş bir gündür.  

Məqaləyə əsasən, Qüds gününün elan olunması və bundan irəli gəlmiş islam oyanışı sayəsində bu gün sionist rejim böyük bir daxili böhranla üz-üzə qalmış və dünya xalqları arasında şəxsiyyət və etibarını əldən vermişdir. Qəsbkar İsrailin məğlubiyyəti və onun zəifləyərək yoxa çıxması aşkar bir prosesə çevrilmişdir.

Müəllifin fikrincə, İmam Xomeyninin (r.ə) Mübarək Ramazan ayının son cüməsini Ümumdünya Qüds Günü elan etməsi təşəbbüsü dörd onillikdən sonra öz səmərəsini verməyə başlamışdır. Buna misal olaraq Sionist rejimin özünün son müharibələrində, özü də islam ölkələri ilə yox, “Həmas”, Livandakı “Hizbullah” və sairə kimi təşkilatlarla qarşıdurmada uğradığı məğlubiyyətləri göstərmək olar. Bu siyasi təşəbbüsün ən mühüm nəticələrindən biri də budur ki, sionist rejim özünün mövcudluğundan 70 il sonra belə dünyanın böyük dövlətlərinin, o cümlədən ABŞ-ın və müxtəlif ölkələrdəki güclü yəhudi lobbisinin hərtərəfli dəstəyinə baxmayaraq, özünü normal və hörmətə layiq bir ölkə kimi qəbul etdirə bilməmişdir  və əslində bu rejim dünya ictimai rəyində və xüsusən də islam ölkələrinin ictimai fikrində qanunilik baxımından çətin vəziyyətlə üz-üzədir və bu rejimin müxtəlif  ölkələrdəki səfirlikləri yalnız gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində öz fəaliyyətlərini həyata keçirə bilirlər.

Sonda qeyd olunur ki, İmam Xomeyninin strateji qərarının dərinliyi həqiqətdə işğalçılığın strateji məğlubiyyətinin labüd olduğunu sübuta yetirmişdir. Bu üzdən də islam dünyasının ictimai fikri və islam ölkələrinin xalqları özlərinin hətta bir qarış olsa belə torpağının işğala məruz qalması ilə barışa bilmirlər ki, bu, islam dünyası torpaqlarının, o cümlədən  Qüds-i Şərifin və məzlum Qarabağın azad olunacağı günün yaxında olduğundan xəbər verir. 

 

Teqlər

Şərhlər