İyul 12, 2020 17:59 Asia/Baku
  • Azərbaycand Respublikasındabir gündə 520 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8 642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 878, ötən müddət ərzində isə  ümumilikdə 568 234 test aparılıb.

 

Teqlər

Şərhlər