İyul 26, 2020 13:10 Asia/Baku
  • Rusiyada AR və Ermənistan vətəndaşları arasında toqquşma

Moskva polisi bu şəhərdə Azərbaycan Respublikası və Ermənistan vətəndaşları arasındakı toqquşmanın ardınca hər iki tərəfdən otuzdan çox nəfərin həbs edilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, Moskva polisi bildirib ki, bu həbslər son iki gün ərzində həyata keçirilib. Həbslərə gətirib çıxaran toqquşmalar isə iki ölkə sərhədində yaranmış gərginliklə bağlı olubdur.

Moskva polisinin bildirdiyinə görə, toqquşmalarda hər iki tərəfdən yaralanan olub. İctimai əmlaka da xəsarətlər dəyibdir.

Belə bir halda, Azərbaycan Respublikası və Ermənistanın Moskvadakı səfirləri Polad Bülbüloğlu və Vartan Toqanyan verdikləri açıqlamalarda öz vətəndaşlarını təmkinli olmağa və qarşıdurmadan çəkinməyə çağırıblar.

Teqlər

Şərhlər