Sen 17, 2020 12:00 Asia/Baku
  • İLham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yəhudilərin yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik müraciəti ünvanlayıb.

SəhərAzəri yerli mənbələrə istinadla xəbər verir, İlham Əliyev həmin təbrik müraciətində, ölkəsinin Zəngin tarixi-mədəni irsə və çoxəsrlik tolerantlıq ənənələrinə malik olduğunu vurğulamışdır.
“Multikultural dəyərlərin təşviqinə xüsusi əhəmiyyət verən Azərbaycan dövlətinin bütün etnik azlıqların, o cümlədən yəhudi icmasının mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.”-  Deyə Azərbaycan Respublikasının Prezidenti həmin müraciətdə bildirib.

Teqlər

Şərhlər