Yan 21, 2017 18:59 Asia/Baku
  • Bakı və Naxçıvanda İran bayrağı yarıya endirilib

İran İslam Respublikasının Bakıdakı səfirliyi və Naxçıvan Muxtar Respublikasındakı baş konsulluğunda bayraq yarıya endirilib.

İRİB-in məlumatına görə, Tehranda Plasko ticarət binasında yanğının baş verməsi və binanın uçması, eləcə də Nazirlər Kabineti tərəfindən matəmin elan olunması ilə İranın Bakıdakı səfirliyində bayraq yarıya endirilib.

İran İslam Respublikasının bayrağı Naxçıvan Muxtar Respublikasında baş konsulluqda da yarıya qədər endirilib.

Azərbaycan Respublikası prezidenti də bu gün İran İslam Respublikası prezidentinə müraciət ünvanlayaraq bu hadisə ilə bağlı İran xalqı və həlak olanların ailəsinə başsağlığı verib.