Fev 24, 2017 10:11 Asia/Baku
  • İranla ticarət dövriyyəsinin artırılması Azərbaycanın önəmli iqtisadi məqsədlərindəndir
    İranla ticarət dövriyyəsinin artırılması Azərbaycanın önəmli iqtisadi məqsədlərindəndir

"İranla ticarət dövriyyəsinin artırılması Azərbaycanın önəmli iqtisadi məqsədlərindəndir və ciddi şəkildə izlənilir"

İRNA-nın məlumatına görə, bu sözləri İran İslam Respublikası və Azərbaycan Respublikasının Urmiyədə iqtisadi biznes-forumunda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib. 

Azərbaycanlı nazir əlavə edib: İran güclü qonşudur və iki tərəfin iradəsi ticarət dövriyyəsinin artırılmasına köklənib. 

İran və Azərbaycan arasında 500 milyon dollarlıq ticarət dövriyyəsinin gerçəkləşdiyinə toxunan Mustafayev xatırladıb: Bu məqsəd iki tərəfin təşəbbüsü ilə gerçəkləşib və Tehran və Bakının ticarət əlaqələrini genişləndirmək üçün ciddi əzmkarlığını əks etdirir. 

İranın rabitə və informasiya texnologiyalar naziri Mahmud Vaizi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İran və Azərbaycan iqtisadi biznes-forumunda iştirak etmək üçün Urmiyəyə səfər ediblər. 

Teqlər